«Universal Metal Construction» MMC - metal konstruksiyaların
istehsalı və quraşdırılması üzrə ixtisaslaşan müasir şirkətdir.
Şirkət 2014-cü ildə Bakıda təsis edilmişdir.
«Universal Metal Construction» MMC-nin əsas fəaliyyətlərindən biri
layihələşdirmə, istehsal və metal konstruksiyaların montajıdır. Metal
konstruksiyalar həm bizim, həm də müştərinin layihəsinə uyğun olaraq
istehsal olunur. Biz metal məhsulların demək olar ki, bütün spektrini
istehsal edirik. İstehsal zamanı yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunur. Bütün materiallara sertifikatlar təqdim olunur.
Biz həmçinin soyuq və isti anbar və anqarlar quraşdırılması, dam və divarları sandviç panellərlə örtülməsi üzrə ixtisaslaşırıq. Bizim savadlı mütəxəssislər (metal konstruksiyaların quraşdırılması üzrə ilkin və əlavə iş daxil olmaqla) metal quraşdırılması üzrə bütün zəruri işləri dəqiq və vaxtında görəcəklər. Etibarlı bir tərəfdaş kimi nüfuz qazanmağımızın səbəbləri aşağıdakılardır:
• Metal konstruksiyaların yüksək keyfiyyəti
• Sifarişlərin icrası və müqavilə öhdəliklərinin dəqiq tarix də yerinə
yetirilməsi
• Metal istehsalının normal qiyməti
Bu məqsədlərə nail olmaq üçün «Universal Metal Construction»
şirkəti metal konstruksiyalar və materiallar istehsalı üzrə ən yaxşı
təchizatçılarla, yoxlanılmış nəqliyyat-logistika və montaj şirkətləri ilə
əməkdaşlıq edir və məhsulların qiymətləndirilməsi üçün əsas meyarlar
olan keyfiyyət, etibarlılığı və qənaəti təklif edir.